Qalmaqallı stilist Publika.Az-a danışdı - EKSKLÜZİV
Bizi izləyin

Müsahibə

Qalmaqallı stilist Publika.Az-a danışdı - EKSKLÜZİV

Bu gün tanınmış stilist Samir Əliyev ictimaiyyət tərəfindən Azərbaycan bayrağını təhqir etməkdə təqsirləndirilərək Daxili İşlər Nazirliyinə çağırılması ilə bağlı KİV-də məlumat verilib. Məsələ ilə bağlı Samir ilə əlaqə saxladıq və o, eksklüziv olaraq Publika.Az-a açıqlama verdi:


“Bu gün Daxili İşlər Nazirliyin İstintaq-Əməliyyat şöbəsində idim. Məni Mübariz Musayev çağırıb. İşimi həmin şəxs araşdırır. DİN əməşdaşı Yaşar müəllimin yanında da olmuşam. Bütün olanları araşdırdılar və isbat edildi ki, günahım yoxdur və məni sərbəst buraxdılar. Məndən həmin şərfləri haradan əldə etdiyimi, haradan aldığımı soruşdular. Mən də açıqlama verdim ki, 2011-ci ilin dekabr ayında bu şərf Bakıya sifarişlə gəlib. Bu, dünya şöhrətli modelyer Aleksandr Makquenin əsəridir. Bunu bütün dünya geyinir, mən də geyinmişəm. Bir sözlə, bütün olanları izah etdim. Əvvəl inanmadılar, sonra araşdırandan sonra mənə dedilər ki, rəsmi açıqlama verə bilərsən. DİN-də araşdırdılar və mənim təqsirkar olmadığım isbat edildi”.

---------


Stilistin Anspress-ə verdiyi məlumata görə, izahatı alındıqdan sonra sərbəst buraxılıb: "Mənə dedilər ki, guya mən Azərbaycan bayrağını təhqir etmişəm. Vəkilimlə getdim və izahat yazdım. Məni az qala xalq düşməni etmiş o şarfı satın aldığımı və heç bir mənfi məqsədlə boynuma taxmadığımı yazdım."

Stilist izahatı alındıqdan sonra sərbəst buraxılıb. Qeyd edək ki, qalmaqallı şarf dünya şöhrətli modelyer Aleksandr Makquen (Alexander McQueen) tərəfindən ötən ilin sonunda məxsusi olaraq Azərbaycan üçün məhdud sayda çanta və şərf kolleksiyası hazırlanıb. Milli simvolumuzun rəngləri ilə bəzədilmiş bu kolleksiyanı ancaq əvvəlcədən sifariş verməklə əldə etmək mümkün olub. Kolleksiyanın təqdimatı 27 dekabr 2011-ci ildə "Emporium Port Baku" mağazasında olub.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm