• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanlı rejissor: "O insan mənim üçün yoxdur"

Azərbaycanlı rejissor: "O insan mənim üçün yoxdur"

Azərbaycanın tanınmış klipmeykeri Nail Naiboğlu, ona hörmət edən sənət dostlarından danışıb. Bu zamanadək kiminləsə qalmaqal etməyən rejissor, kinli insan olmadığını da dilə gətirib. Publika.Az-a müsahibə verən Nail 60 minlik kilipindən də söz açıb.



- Sənət dostlarınızla söz-söhbətiniz olub?

- Hamısına hörmətim var. Bu vaxtadək, sağ olsunlar ki, onlar da mənə hörmət ediblər. Eyni zamanda da özüm hörmət qazanmışam. Əgər kimsə mənə hörmət etmirsə, deməli, o insan mənim üçün də yoxdur. Bu zamanadək kiminləsə də böyük qalmaqalım olmayıb.

- Kinli insansınız?

- Xeyr, bağışlamağı bacaran biriyəm. Əgər Allah bağışlayırsa, biz bəndələr kimik ki?

- Azərbaycan müğənnilərinin xarici rejissorlara üstünlük vermələrinə səbəb nədir?

- Kimə necə xoşdur, elə də edir. Mən bu məsələni normal hal kimi qəbul edirəm.

- Bəlkə Azərbaycanda peşəkar rejissorların az olması səbəbindən azərbaycanlı ulduzlar xarici rejissorlara üstünlük verirlər?

- Gəlin razılaşaq ki, yerli rejissorlara klip çəkdirən ifaçılarımız çoxdur.

- Ən bahalı klipi hansı müğənni üçün çəkmisiniz?

- Bir çox müğənniyə çəkdiyim kliplərin qiyməti baha olub. Ən son işlərimdən Abbas Bağırovun “Aləm gözəl” mahnısına çəkdiyim klip bahalıdır. Ümumi götürəndə, Ruhi xanım üçün Hindistanda çəkdiyim klip ən bahalısıdır: 60 min manat.

- Hədiyyə etdiyiniz klipləriniz olub?

- Elnur Məmmədova və bir çox müğənniyə klip hədiyyə eləmişəm. Onlara da nə vaxt zəng edirsən ki, tədbirim var, pulsuz, canla-başla gəlib iştirak edirlər. Yəni ki, hörmət-hörmətə bağlıdır. Eyni zamanda da bütün müğənniləri başa düşürəm.

- Hansı müğənni ilə işləmək sizə yorucudur?

- Tanınmış müğənnilərlə problemim olmayıb. Ancaq tanınmamış müğənnilərlə hər zaman problem yaşamışam. Klip çəkilişlərindən xəbəri olmayan ifaçılar olanda, münaqişəmiz yaranır. Çünki heç nədən xəbərləri olmur. Ancaq neyləyək, müğənnilərin nazı ilə oynamaq biz rejissorların borcudur.

- Klip müğənniyə nəyə görə lazımdır?

- Klip müğənninin reklamıdır. Nəzərinizə çatdırım ki, ifaçı neçə il bundan öncə çəkdirdiyi klipin efirlərdə yayımlanmasını istəmir. Çünki zaman keçdikcə inkişaf gedir. Eyni zamanda mahnı və klip də dəbdən düşür. Müğənninin çəkdirdiyi klip səviyyəli olmalıdır ki, tamaşaçılar tərəfindən yaxşı qarşılansın və sevilsin.

Ceyran Əsgərqızı
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR