• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı ifaçı: “Allah o gündən qorusun...“

Azərbaycanlı ifaçı: “Allah o gündən qorusun...“

Azərbaycanın muğam ifaçısı Bəyimxanım Mirzəyeva efirlərdə az-az görünməyinin səbəbini açıqlayıb. Şəxsi həyatından danışan xanəndə, boşanmaq iqtidarında olmadığını dilə gətirib. Publika.Az-a müsahibə verən Bəyimxanım, qadınlara da xoşbəxtlik arzu edib.



- Həmkarlarınızdan fərqli olaraq, efirlərdə az-az görünürsünüz. Bunun səbəbi nədir ?

- Yeni işlərim olanda telekanallara çıxıram. Həm də özüməməxsusluğumu qoruyub saxlamaq istəyirəm.

- Şou-biznes əhli ilə aranız necədir?

- Demək olar ki, əksəriyyəti ilə normal münasibətim var.

- Nə vaxtsa, xanəndəliyi kənara qoyub estradaya üstünlük verərsiniz?

- Xeyr, elə fikrim yoxdur. Çünki əvvəldən muğam janrında oxumuşam. Hazırda da Ağaxan Abdullayevdən muğam dərsləri alıram. Heç vaxt muğamı unuda bilmərəm.

- Axı, sizi estrada mahnısı olan “Yağış”-la tanıyıblar...

- Bəli, sözügedən mahnı ilə “möhürüm vurulub”, tamaşaçı rəğbəti qazanmışam. Ancaq əsl sənətim xanəndəlikdir.

- Bu vaxtadək sənətinizlə bağlı ailədə problemləriniz yaranıbmı?

- Problem yaranmır, çünki ailəmin məsləhət gördüyü tədbirlərə gedirəm.

- “Giley” mahnısına çəkdirdiyiniz klip şəxsi həyatınızdan götürülüb?

- Bilirsiniz, hazırda boşanmaların sayı artıb. Ortada qalan isə uşaqlar olur. Ata-ananın ayrılması uşaqlara pis təsir edir. Onun üçün də sözügedən klipi çəkdirərək bəzi ailələrə nümunə göstərmək istədik.

- Bəs, özünüzü necə, boşanmaq kimi təhlükə gözləyirmi?

- Allah o gündən qorusun. Mənə elə gəlir ki, başsız qadın heç nəyə yaramır. Ərsiz qadın işlərində uğur qazanmağına baxmayaraq, şəxsi həyatında heç vaxt xoşbəxt ola bilməz. Özümə və heç bir ailəyə bədbəxt hadisələr arzulamıram.

- Seçim qarşınızda qalsaydınız, ailənizi, yoxsa işinizi seçərdiniz?

- Ailəmi seçərdim. Həyat yoldaşım icazə verməsə, işimi belə, davam etdirmərəm. Mənim fikrimcə, azərbaycanlı qadın üçün ilk öncə ailə lazımdır.

Ceyran Əsgərqızı
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR