• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Stilist Samir Əliyev: “Azərbaycandan getmək istəyirəm“ – MÜSAHİBƏ

Stilist Samir Əliyev: “Azərbaycandan getmək istəyirəm“ – MÜSAHİBƏ

Tanınmış stilist Samir Əliyev Azərbaycandan getmək istədiyini açıqlayıb. Onu məsxərəyə qoyan insanlardan söz açıb. Stilist ətrafında baş verənlərə rəğmən, özünü xoşbəxt hesab etdiyini də dilə gətirib. Samir Əliyevin Publika. Az-a verdiyi müsahibəni təqdim edirik:

- Sizi əvvəllər efirlərdə tez-tez görürdük. İndi isə əvvəlki kimi şou-proqramlarda görünmürsüz. Səbəb nədir ?

- Bəzi telekanallar özlərini gülünc vəziyyətə qoyurlar. Reytinqlərini qaldırmaq üçün süni qalmaqallar yaradırlar. Teleaparıcıların çoxu yalvara-yalvara bizi öz verilişlərinə dəvət edirlər. Dəfələrlə zəng etdikdən sonra dəvəti qəbul edib gedirəm. Ancaq verilişdə məni tənqid etməyə başlayırlar. Belə insanlara bilmirəm nə deyim?..

- Geyimlərinizi tənqid edəndə xoşunuza gəlmir?

- Hərdən çox pis oluram. Elə vaxt olur ki, Azərbaycandan çıxıb getmək istəyirəm... İnsanlardan tələb edirəm ki, mən necə onlara hörmət edirəmsə, onlar da mənə elə hörmət etsinlər. Tərbiyəm yol vermədiyindən heç vaxt insanlara kobud cavab vermirəm, kiminsə şəxsiyyətinə toxunmuram. Amma qarşı tərəf də bunu anlamalıdır.

- Haqqınızda xoşagəlməz söz-söhbətlərin, şayiələrin yayılması nədən qaynaqlanır?

- Səbəbini mən də bilmirəm. Ancaq elə insanlara üzümü tutub deyərdim ki, kiminsə haqqında fikir yürüdəndə öncə onu yaxından tanısınlar, sonra nəsə desinlər. Heç kəs ideal deyil. Onların məni "vurmalarına" baxmayaraq özümü gücsüz biri hesab etmirəm.

- Bu vaxtadək şəxsi mənada kimdənsə kömək istəmisiz ?

- Heç kimdən. Bu yaşıma qədər kimdənsə nəsə ummamışam. Baxmayaraq ki, buna ehtiyacım var.

- Maddi və mənəvi baxımdan əziyyət çəkdiyiniz günlər olub...

-Əlbəttə, olub... Çətin günlərim olub... Ancaq heç vaxt bu barədə danışmamışam. Şəxsi həyatımı nəyə görə reklam eləməliyəm ?

- Gey olmağınız ətrafdakılar tərəfdən necə qarşılanır ?

- Kənardan ünvanıma "Samir geydi, bədbəxtdı..." və ya daha başqa sözlər deyirlər. Həmin sözləri deyən insanların həyatı ilə maraqlansam, çox şey ortaya çıxararam. Belələri bəlkə də indiyədək həyatda heç nəyə nail ola bilməyiblər.

- Samir, özünüzü xoşbəxt hesab edirsiz?

- Çox xoşbəxtəm. Çünki bu vaxta qədər bütün uğurlarımı özüm əldə etmişəm. Heç kimə yaltaqlıq etmədən, heç kimə yalvarmadan istədiyim şeylərə nail olmuşam.

- Samir Əliyev kosmetik bər-bəzəkdən nə vaxt istifadə etməyəcək ?

- Ciddi işlə nə vaxt məşğul olsam, o zaman kosmetikadan, bəzək-düzəkdən əl çəkib, ciddi geyimlərə üstünlük verəcəm. Əsas odur ki, geyimlərimdə cinayətə sövq edən ştrixlər yoxdur.

- Şou-biznesdə sizin zövqüncə geyinən müğənnilər kimlərdir ?

- Xumar Qədimovanın geyimini çox bəyənirəm.

Ceyran Əsgərqızı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR