“Erməni prezident Xocalı soyqırımının törədilməsində əsas rol oynayan bir cinayətkardır“
Bizi izləyin

Müsahibə

“Erməni prezident Xocalı soyqırımının törədilməsində əsas rol oynayan bir cinayətkardır“

Publika.Az-ın məlumatına görə, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Şuşanın işğalı ilə bağlı TRT, TRT Haber, TRT AVAZ, İhlas Xəbər agentliyinə, Anadolu agentliyinə geniş müsahibələr verib. TRT AVAZIN "Studio Avaz" proqramının canlı yayımında Ermənistanın Şuşada və ümumiyyətlə Qarabağda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və canlı yayım zamanı "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin hazırladığı "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa" və Xocavənd Rayon İcra Hakimiyyətinin hazırladığı "Ruhum Qarabağlıdır" filmlərindən hissələr nümayiş olunub. Yaxın günlərdə isə "Dağıdılmış mədəniyyət beşiyi – Şuşa" filmi TRT AVAZ-da nümayiş olunacaq.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, Şuşada yaşanan dəhşətlərə dünya laqeyid yanaşır:

"Amma biz bunun belə davam etməsinə imkan verməyəcəyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin Ermənistan bu qərarların heç birini həyata keçirmir. Amma buna baxmayaraq Ermənistana qarşı təzyiq göstərmirlər".

Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın təkrar seçilməsi ilə bölgədə vəziyyət daha da gərginləşəcək. Ermənistandakı rejimin qatil bir rejim olduğunu söyləyən Qənirə Paşayeva Ermənistanın bugünkü rejiminin işğalçı, soyqırımlar edən bir rejim olduğunu deyib:

"Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan torpaqlarının işğalında, Xocalı soyqırımının törədilməsində əsas rol oynayan bir cinayətkardır. Təəssüf ki, Sarkisyan iqtidarı da qaldıqca, bölgədə vəziyyət daha da gərginləşəcək".

Millət vəkili Qənirə Paşayeva müsahibə və çıxışlarında Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları barədə ətraflı məlumatlar da verib.

Murad Əhməd

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm