“Nabucco”nun xərclərini Azərbaycanın üzərinə qoymaq istəyirlər” – Açıqlama
Bizi izləyin

Müsahibə

“Nabucco”nun xərclərini Azərbaycanın üzərinə qoymaq istəyirlər” – Açıqlama

“Avropa istəyir ki, Azərbaycan “Nabucco” layihəsinin xərclərini öz üzərinə götürsün. Azərbaycana qarşı Almaniya mətbuatında aparılan qara piar kampaniyasının arxasında bu səbəb dayanır”. Publika.Az-a açıqlama verən Azərbaycan Sosial Demokrat partiyasının (ASDP) sədri Araz Əlizadə belə deyib.

ASDP həmsədrinin qənaətinə görə, Avropanın bu kimi cəhdləri puça çıxacaq: “Almaniya son zamanlar açarını itirib. Açıq şəkildə ölkələrin daxili işlərinə müdaxilə edir. Alman mətbuatında Azərbaycanın əleyhinə çap edilən yazılar da səbəbsiz deyil. İstəyir ki, Azərbaycan “Nabucco” layihəsinin xərclərini öz üzərinə götürsün.

Azərbaycan tərəfi haqlı olaraq bundan imtina etdiyinə görə ölkəyə qarşı çeşidli təzyiqlər edilir. Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Ştrasserin Avropa ölkələrini Azərbaycanda keçiriləcək “Eurovision” beynəlxalq musiqi yarışmasını boykota çağırması da bu əsnada təsadüfi sayıla bilməz.

Qərb demokratiya dəyərləri ilə imitasiya edir. Azərbaycan “Eurovision” musiqi yarışmasının halal qalibi olub, ölkələrdən gələn səslərin hesabına önə çıxa bilib. İndi “Eurovision”nin Bakıda keçirilməsinə qarşı çıxış eləməyin demokratiya ilə heç bir əlaqəsi yoxdur”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm