• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb” - MÜSAHİBƏ

“Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb” - MÜSAHİBƏ

- Ayhan bəy, Belçikada Azərbaycan diasporunun fəaliyyətini necə dəyərləndirirsiniz?

- Avropanın digər ölkələrindən fərqli Belçikada yaşayan soydaşlarımızın sayı azdır. Amma onlar öz adət-ənənələrinə sadiqdirlər. Əlavə edim ki, bütün ölkələrdə olduğu kimi, Belçikadakı soydaşlarımız da fəaldırlar və Azərbaycan həqiqətlərinin Belçika ictimaiyyətinə çatdırmağa çalışırlar. Milli adətlərimizin atributları olan bayramlarımızdan tutmuş, Dağlıq Qarabağ problemi, Xocalı faciəsinə kimi Azərbaycana aidiyyəti olan və xaricdə təbliği vacib bütün məsələləri diqqətdə saxlayırlar.

Hər il Xocalı soyqırımının il dönümü ilə bağlı beynəlxalq təşkilatların önündə aksiyalar keçirilir. Bu il təkcə 1000-dən çox şarın üzərində Xocalı faciəsi ilə bağlı sözlərin yazılıb havaya buraxılmasını misal çəkə bilərik.

- Sizcə, bu gün diaspor fəaliyyətindən lobbi strategiyasına keçmək üçün nə etmək lazımdır?

- Çox maraqlı sualdır. Bu haqda geniş danışmaq olar. Amma mən əsas nüanslara toxunacam. Bununçün ilk növbədə güclü maliyyə imkanları tələb olunur. Dəqiq və hesablanmış strategiya planları işlənilməlidir. Bu iş geniş maliyyə tələb etdiyi üçün hələlik istədiyimiz nəticəni görə bilmirik.

Onu da əlavə edim ki, Azərbaycan diasporunun yaranması yaxın tarixə təsadüf etdiyindən, bu haqda geniş danışmaq tezdir. Bununla yanaşı uğurlu çalışmalar aparırıq və yaxın illərdə istədiyimiz nəticələrin şahidi olacağıq.

- Azərbaycan-türk diaspor qurumları arasında əlaqələr hansı səviyyədədir?

- Biz bir millət, iki dövlət olduğumuz üçün Azərbaycan–türk cəmiyyətləri arasında birgə fəaliyyət müxanizmləri güclüdür. Bir-birimizə mənəvi-təşkilatı dəstəklər oluruq. Keçirdiyimiz tədbirlərdə fəal iştirak edirik.

-Əvvəlki illərlə müqayisədə hazırda Belçikada Azərbaycanı necə tanıyırlar?

- Təbii ki, ildən-ilə Belçikada ölkəmiz haqqında poziviv informasiya artmaqdadır və yerli qəzetlər Azərbaycanla bağlı məqalərlə çıxış edirlər. Bunu görməmək mümkün deyil. Amma fəaliyyətimiz daha da genişləndirmək olar.

- Belçikanın ictimai-siyasi dairələrində ölkəmizə maraq necədir?

- Məsələyə Belçika-Azərbaycan əlaqələri inkişafı kontekstində yanaşsaq, ölkəmizə maraq böyükdür. Bütün beynəlxalq təşkilatların mərkəzi ofisi Belçikada yerləşdiyindən Azərbaycan Belçika ilə bağlı siyasətini uğurlu xətt üzərində qurub. Bu yaxınlarda Belçikalı parlamentarilərin Azərbaycana səfəri və ölkəmizlə bağlı maraqlı açıqlamalar vermələri buna işarədir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan enerji ölkəsi olduğu üçün ölkəmizə maraq güclüdür və hələ bundan sonra da Azərbaycan daim diqqət mərkəzində olacaq.

- Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırıması ilə məşğul olan bir şəxs kimi, sizcə, münaqişənin həllinin uzanması bu gün Avropanı narahat edirmi?

- Biz bu il Belçikada Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovla birgə Avropa parlamentində Azərbaycanla bağlı konfrans təşkil etdik. Tədbirdə Azərbaycandan gələn nümayəndələr də iştirak edirdilər. Çıxışçılar arasında Belçika və Almaniyalı parlamentariləri da var idi.

Onlar çıxışlarında münaqişənin uzanması və həllinin tapmamasının Cənubi Qafqaz üçün hansı problemlər yaradacağını açıq-aydın söyləyirdilər. Əsasən də bunun Avropa maraqlarına cavab vermədiyini qeyd edirdilər.

Məsələn, Belçika parlamentinin üzvü çıxışında qeyd etdi ki, münaqişənin həll olunmaması onları narahat edir və bu, bölgədə vəziyyəti risk altına qoyur. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçəvində həll olunmasını bildirmələri bizim uğurlu çalışmalarımızdan xəbər verir. Hesab edirəm ki, Avropanı Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı narahat etməyə başlayıb.

Elnur Eltürk

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR