Pənah Hüseyn: “Zərdüşt Əlizadə vaxtaşırı sayıqlamağı özünə borc bilir“
Bizi izləyin

Müsahibə

Pənah Hüseyn: “Zərdüşt Əlizadə vaxtaşırı sayıqlamağı özünə borc bilir“

"Əbülfəz Elçibəy milli hərəkatın lideri idi. Ona olan sevgi və inam danılmazdır. Əbülfəz bəyin saxtakarlıqla seçilməsi gülünc yanaşmadır. Bu məsələni Zərdüşt Əlizadə vaxtaşırı gündəmə gətirir. Hər dəfə də cavabı verilir. Amma bu insan yorulmaq bilmir".

Zərdüşt Əlizadə Publika.Az-da dərc olunan müsahibəsində Əbülfəz Elçibəyin Xalq Cəbhəsinə saxta yollarla sədr seçildiyini bildirmişdi.

O dövrdə Mərkəzi Seçki Komissiyasının sədri olmuş Pənah Hüseyn isə onun bu açıqlamasına sərt şəkildə etiraz edir.

Pənah Hüseynin fikrincə, bu yanaşma onun xalq hərəkatına, Əbülfəz Elçibəyin lider kimi sevilməsinə daxili nifrətindən, hikkəsindən irəli gəlir: "Məsələ Əbülfəz Elçibəylə bağlı olmasaydı, Zərdüşt Əlizadənin sayıqlamalarına münasibət bildirməzdim. O, psixoloji problemləri olan insandır. Bu da onun şəxsi məsələsidir. Zərdüşt Əlizadənin Əbülfəz bəylə bağlı danışmağa haqqı yoxdur. Buna onun səviyyəsi çatmaz. Səsvermənin nəticəsini müzakirə etməyə belə dəyməz. Əbülfəz Elçibəyə yaxılan qaraya cavab olaraq deyə bilərəm ki, hamısı ağ yalandır. Elçibəy haqqı olan səsi almışdı".

Günay

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm