• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Məqsəd partiyaları mühüm quruma çevirməkdir” – Müsahibə

“Məqsəd partiyaları mühüm quruma çevirməkdir” – Müsahibə

- “Siyasi partiyalar haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər layihəsi Milli Məclisin müvafiq komitəsində müzakirə olundu. Layihənin siyasi partiyalara vəsait ayrılması hissəsi cəmiyyətdə birmənalı qarşılanmadı. Sizcə, partiyaların dövlətdən maliyyələşməsi zərurəti nədən irəli gəlib?

- Müzakirə zamanı parlamentdə təmsil olunan hər bir partiyaya geniş imkanlar yaradılmışdı ki, layihə barədə fikirlərini tam bildirsin və əlavə təkliflərlə çıxış etsin. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov əvvəlcədən bəyan etmişdi ki, müzakirələrin nəticəsi olaraq qanunvericilik təşəbbüsünün subyekti ilə sonradan bu məsələlərin hər birini müzakirə edəcək. Ümidvaram ki, ayın 17-də bu məsələlərin hansının nəzərə alınmadığı və niyə alınmadığı suallarının ətraflı izahı olacaq.

Ən başlıca məsələ “Siyasi partiyalar haqqında” qanunun yeni dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Bu, sadəcə dövlət-partiya münasibətlərinin genişlənməsi və yeni mahiyyət almasından irəli gəlmir. Məqsəd həm də partiya institutunu həqiqətən cəmiyyətdə tanınan, seçilən mühüm bir quruma, dövlət quruculuğu prosesinin ayrılmaz tərkib hissəsinə çevirməkdir. Odur ki, bu prosesi ehtiyatla tənzimləmək və hamının maraqlarına uyğun siyasi bir spektr formalaşdırmaq lazımdır. Dəyişikliklərin hamısı buna xidmət edir.

Baxmayaraq ki, mətbuatda fərqli fikir söyləyənlərin dairəsi də xeyli genişdir. Bu, təəssüf doğurur. İş ondadır ki, ayrı-ayrı maddənin şərhini təhrif olunmuş formada aparırlar. Əlavə və dəyişikliklər mahiyytəcə partiyaların qeydə alınması, onların fəaliyyəti, ianələr, o cümlədən maliyyələşmə ilə bağlıdır. Belə demək mümkündürsə, 4 kateqoriyada dəyişikliklər irəli sürülüb.

Bir sıra dəyişikliklər Venesiya Komissiyası və Azərbaycan hökuməti arasında son anda razılaşdırılaraq sənəddən çıxarılıb. Biz hesab edirdik ki, ən prinsipial müddəalardan biri partiyaların qeydə alınması üçün üzvlərin sayının 1000-dən 5000 min nəfərə qaldırılması idi. İndi layihədə bu şərt yoxdur. Təəssüf ki, ayrı-ayrı dairələrin ittihamında bu məqam yer alır.

İkinci qayda odur ki, partiyalara ianələr verənlərin sayı və siyahısı müvafiq qurumlara təqdim olunsun. Burada niyyət heç bir halda həmin şəxslərə qarşı səlib yürüşünə qalxmaq deyil, partiyaların maliyyələşməsini şəffaf əsaslarla aparmaq niyyətidir. Mənə elə gəlir, bu, statistik bir hesabatdır. Ona xüsusi bir məna vermək yanlışdır.

Üçüncü məsələ partiyaların dövlət tərəfindən maliyyələşməsidir. Partiyalar həmişə çirkli pulların, o cümlədən xarici maliyyənin hədəfi kimi qınağa məruz qalırdı. Eyni zamanda məsələ təkcə bunda deyil, həm də o mənada önəmlidir ki, partiyalar dar sahədə ictimai fəaliyyət məkanı olmasın.

Partiya qeyri-maliyyə əsaslarla fəaliyyət göstərəndə sanki yardımçı quruma çevrilir və onların dövlət idarəçiliyinə cəlb olunması çətinləşir. Partiyalar bir əldən, bir cibdən asılı qalır deyə, sanki bir şəxsin partiyasına, təşkilatına çevrilir. Nizamnamə kapitalının bir əldən çıxması üçün də partiyaların maliyyələşməsi çox önəmlidir.

- Partiyalara ayrılacaq vəsaitin miqdarı ilə bağlı konkretlik varmı?

- Vəsaitin ümumi məbləği çox əhəmiyyətlidir. Məbləğ gərək özəl qərarlar əsasında, yalnız parlament müzakirələrinin nəticəsində meydana çıxmasın, eyni zamanda biz bunun kriteriyasını müəyyənləşdirməliyik. Bu rəqəmi şərti maliyyə ekvivalenti ilə, yaxud əmək haqqının hansısa bir uzlaşması əsasında və ya ümumi daxili məhsulun miqdarının müəyyən bir əmsalında ortaya çıxarmaq olar.

Yəni partiyalara ayrılan vəsait il ərzində iqtisadi proseslərin nəticəsində dəyişsin, siyasi yanaşmalar burada rol oynamasın. May ayında büdcəyə əlavə və dəyişikliklər gözlənilir. Bu zaman partiyalara ayrılacaq vəsait ayrıca sətirdə yer alacaq.

Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, vəsaitlər həqiqətən partiya quruculuğuna yönəlsin. Bundan ötrü Ədliyyə Nazirliyi qarşısında hesabatlılıq nəzərdə tutulur. Partiyalar dövlət və seçiciləri qarşısında hesabat verməyə borcludur.

Sonuncu məsələ. Vəsait namizədləri ilə seçkilərdə iştirak edən partiyalara verilməlidir. İndiki parlamentdə 41 deputat bitərəfləri təmsil edir. Onların içərisində müxtəlif partiyalara transferlər baş verər ki, həmin vəsaitlərin partiya adından alınması mümkün olsun. Bununla da süni transferlər situmullaşdırılmış olardı.

- Müsavat başqanı İsa Qəmbər “Avrovizion -2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı xarici qonaqları məlumatlandırmaq üçün informasiya mərkəzinin yaradılmasını təklif edib. Sizin buna münasibətiniz necədir?

- Hesab edirəm ki, bu, Azərbaycanın qazandığı uğurların kontekstində şəxsi maraqların qorunması və hakimiyyət uğrunda aparılan savaşdır. Məncə, dünya tarixində bu şəkildə öz ölkəsi əleyhinə çevrilmiş qüvvə mövcud deyil.

Digər tərəfdən müxalifətin özünün təqdim etdiyi “Avrovizion”u müşahidə etməkdəyik. Mahnı yarışı üzərində siyasi bir məqsəd həyata keçirilməkdədir. Onun xarici uzantıları da var, sinxronlaşmış qaydada hər iki qüvvə paralel olaraq ölkə əleyhinə işləyir. Nədən İsa Qənbər Ermənistana qarşı informasiya müharibəsi aparmaq üçün mərkəz açılması təşəbbüsü ilə çıxış etməyib?

- Müxalifətin növbəti mitinqi aprelin 22-nə planlaşdırılıb. Düşərgə iddia edir ki, bu mitinq əvvəlkilərdən daha möhtəşəm olacaq...

- Baş versin, baxaq görək... Cəmiyyətin xeyrinə olan ideyalar gözləyirik. Halbuki 8 aprel mitinqindən sonra cəmiyyətdə hansısa yaxşı ideyaların rezonans doğurduğunu görmədik.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR