Yüzlərlə insan EDAM OLUNDU: Aralarında azərbaycanlı və türk qadınlar da var
Bizi izləyin

Yaxın Şərq

Yüzlərlə insan EDAM OLUNDU: Aralarında azərbaycanlı və türk qadınlar da var

İraqda yüzlərlə şəxs toplu edama məhkum edilib.

Publika.az xəbər verir ki, İraq məhkəmələri 300-dən çox insanı İŞİD-ə üzv olduqları səbəbilə ölümə məhkum edib. Yüzlərlə insan isə ömürlük həbs cəzası alıb.

Paytaxt Bağdad və Mosuldakı iki fərqli məhkəmədə ittiham edilən cinayətkarların arasında çox sayda xarici vətəndaş olub. Məhkəmə üzvləri bu şəxslərin sayının 97 olduğunu bildirib. Onların arasında azərbaycanlı və türk qadınlar da olub.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında İŞİD terror təşkilatı üzərində qalibiyyət əldə etdiklərini açıqlayan İraq hökuməti təşkilata üzv olan şəxslərin məhkəməyə veriləcəyini bildirmişdi.

ABŞ mərkəzli İnsan Haqlarına Nəzarət Təşkilatı isə ittiham müddətlərini tənqid etmiş və adil ittiham prinsiplərinin tətbiq edilmədiyini, məhkumlara işgəncə verildiyinii və təcili qərar qəbul edildiyini bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm