Yaxın Şərq
ABŞ-ın Suriyada əsl HƏDƏFİ bu imiş – Tramp bütün suallara SON QOYDU
ABŞ İrana Aralıq dənizinə giriş əldə etməyə icazə verməyəcək.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
“Biz İranın Aralıq dənizinə çıxan yolunun qarşısında güclü baryer qoyacağıq. Mənim fikrimcə, bu, çox əhəmiyyətlidir, çünki əgər biz bunu etməsək, onda İran Aralıq dənizinə birbaşa girişi əldə edəcək. Bu, olmamalıdır”, - ABŞ-ın lideri deyib.
Tramp həmçinin Suriyadan çıxmaq arzusunu ifadə edib:
“Mən oradan getmək istəyirəm. Mən bizim döyüşçülərimizi evə geri qaytarmaq istəyirəm. Güclü və qalıcı iz buraxdıqdan sonra Suriyadan çıxacağıq”, - Tramp vurğulayıb.
Amma Amerika lideri hərbçilərin Suriyadan çıxarılacağı tarixi dəqiqləşdirməyib.
Ömər Dağlı
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA