Yaxın Şərq
Yəhudilərdən ABŞ və İngiltərəyə ŞOK ÇAĞIRIŞ: "İsrail dövlətini dağıdın" - - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfəri çərçivəsində yəhudi Haham Elahanan Bek və "Neturei Karta" Ortodoks Musəvi Camaatı üzvləri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdən sonra yəhudilər jurnalistlərə açıqlama verib.
Haham Bek İngiltərə və ABŞ hökumətinə çağırış edərək “İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını qavramalı və anlamalıdırlar” deyib.
“Bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir. Sionistlərə yardımçı olmaq yəhudi xalqının maraqlarına uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidenti kimi edəcəksiniz. Səfirliyinizi geri çağırın. Ortaya çıxın və səsli bir şəkildə İsrail dövlətinə qarşı olduğunuzu deyin. İşğalçılara qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq biz İsrail dövlətinin sülh çərçivəsində dağıdılmasını istəyirik. İki dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin xalqının geri dönməsini istəyirik. Orada yəhudilər ilə müsəlmanlar sülh içində yaşaya bilər”, - deyə bildirib.
Zümrüd
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA