ABŞ Azərbaycan sərhədində müharibəyə hazırlaşır: 12 maddəlik YENİ STRATEGİYANIN HƏDƏFİ
Bizi izləyin

Yaxın Şərq

ABŞ Azərbaycan sərhədində müharibəyə hazırlaşır: 12 maddəlik YENİ STRATEGİYANIN HƏDƏFİ

B planı yoxdur: ABŞ İranda istədiyi müharibə zəminini hazırlayır.

Publika.az
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalının siyasi ekspertlərlə hazırladığı analizdə deyilir.

Ekspertlər hesab edirlər ki, İran üçün hazırlanan yeni strategiya Yaxın Şərqdə müharibə ehtimalını gücləndirir.

Tehran Universitetinin professoru Mohammad Marandi İranın nüvə anlaşmasından çıxacağını vurğulayıb: “İran Avropa ölkələrinin anlaşmanı qorumaq cəhdlərinə şübhə ilə yaxınlaşır. İran nüvə proqramını sürətlə davam etdirəcək və nəticə əldə edəcək”.

İranın dini lideri Ayətullah Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti dünən verdiyi açıqlamada “Avropadan İranla nüvə razılaşmasını davam etdirməklə bağlı ikibaşlı açıqlamalar verirlər” deyə bildirib.

“Bəzi Avropa ölkələri bir tərəfdən İranla nüvə razıaşmasına sadiq olduqlarını və iqtisadi əlaqələri inkişaf etdirmək istədiklərini deyir, digər tərəfdən, ABŞ-a qarşı çıxmayacaqlarını və İranı müdafiə etməyəcəklərini bildirirlər. Avropalı rəsmilərin ikibaşlı açıqlamaları şübhəlidir”, - deyə o qeyd edib.

“Əl-Cəzirə” kanalı ABŞ dövlət katibi Mayk Pompeonun İran haqqında açıqlamalarının Vaşinqtonun Tehranda hakimiyyəti dəyişdirmək istədiyinin sübutu olduğunu vurğulayıb.

“Röyters” agentliyinə danışan İran rəsmilərindən biri isə Pompeonun sözlərinə belə cavab verib: “ABŞ hüquqazidd istəklərini qəbul etməsi üçün İrana təzyiq edir. Pompeonun dedikləri ABŞ-ın İranda hakimiyyəti dəyişdirməyə çalışdığını göstərir”.

Qeyd edək ki, Pompeo Vaşinqtonun İrana 12 tələbini açıqlayıb:

1.İran nüvə proqramının bütün əvvəlki hərbi aspektləri haqqında MAQATE-ni məlumatlandırmalıdır.

2.İran ağır su reaktorun bağlanması da daxil olmaqla, plutoniumun zənginləşdirilməsini dayandırmalıdır.

3. İran MAQATE-yə ölkənin bütün ərazisində yerləşən obyektlərə giriş üçün imkan yaratmalıdır.

4. İran ballistik raketlərin yayılmasını dayandırmalı və nüvə silahı üçün daşıyıcıların hazırlanması proqramına son qoymalıdır.

5. Tehran amerikalıları və ABŞ-ın müttəfiqləri olan ölkələrin vətəndaşlarını azad etməlidir

6. İran Yaxın Şərqdə “Hizbullah”, “Həmas” və “İslam Cihadı” da daxil olmaqla, terror qruplaşmalarına dəstəyi dayandırmalıdır.

7. İran İraq hökumətinin müstəqilliyinə hörmət etməli və şiə qoşununun reinteqrasiyasına icazə verməlidir.

8. İran qoşunu husilərə dəstəyini dayandırmalı və Yəməndə siyasi münaqişənin həlli üzərində işləməlidir.

9. İran komandanlığı altında olan bütün güclər Suriyanın bütün ərazisindən çıxmalıdır.

10. İrandan Əfqanıstanda Talibana dəstəyi dayandırmalıdır.

11. İran “Əl-Qaidə”yə dəstəyi dayandırmalıdr.

12. İran İnqilabı Keşikçilər Korpusu terrorizmə dəstəyi dayandırmalıdır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm