Pakistanda DƏHŞƏTLİ istilər - 65 ölü
Bizi izləyin

Yaxın Şərq

Pakistanda DƏHŞƏTLİ istilər - 65 ölü

Pakistanda son bir neçə gündə qeydə alınan şiddətli isti azı 65 nəfərin ölümünə səbəb olub.

Ölkənin ən iri şəhərlərindən olan Kəraçidə temperatur 45 dərəcəyədək çatır.

Şəhərdə işıqların gün ərzində tez-tez kəsilməsi də sərinləşdirici qurğuları işə salmağa imkan vermir.

Qeyd olunur ki, Ramazan ayı davam etsə də, şəhər rəhbərliyi sakinləri çoxlu su içməyə və evdən çıxmamağa çağırır.

Xatırladaq ki, 2015-ci ildə Kəraçidə şiddətli isti 1200 nəfərin həyatına son qoymuşdu. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm