Bağdadda partlayış: yaralılar var
Bizi izləyin

Yaxın Şərq

Bağdadda partlayış: yaralılar var

İraqın paytaxtı Bağdadda partlayış baş verib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, insident İraq Kommunist partiyasının mənzil-qərargahının qarşısında qeydə alınıb.

İlkin məlumata əsasən, partlayış nəticəsində 3 nəfər yaralanıb. Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, İraq Kommunist partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gələn “Sayrun” blokunda təmsil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm