Azərbaycanda avtomobil yolu çökdü - RƏSMİ - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda avtomobil yolu çökdü - RƏSMİ - FOTOLAR

Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb.

Bununla bağlı “Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-ın sualını cavablandırıb.

Anar Nəcəflinin sözlərinə görə, yolun çökmə səbəbi son vaxtlar yağan yağışlardır: "Uzunluğu 21 km olan Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində Soltankənd hissəsində çökmə baş verib. Hadisə nəticəsində Soltankənd kəndinin sakinlərinə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Hazırda yol kənarından müvəqqəti alternativ yolun çəkilməsinə başlanılıb. Ərazidə iş aparılır. Sabah hərəkətin bərpa edilməsi gözlənilir”.

***

20 min nəfər əhalinin yaşadığı, 23 yaşayış məntəqəsini birləşdirən, yenicə istifadəyə verilmiş Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb.

Bu barədə kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, hazırda yolda gediş-gəliş tamamilə məhdudlaşıb. Hadisə yerinə aidiyyəti qurumlar gəliblər.

İlkin məlumata görə, yolun çökməsinə səbəb son günlər rayon ərazisində yağan aramsız yağışlardır.(Salamnews)

Gülxar

“Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm