Azərbaycanlı milyarderin qardaşı oğlu “KamAz”la “avtoş”luq etdi - - VİDEO
Bizi izləyin

Nəqliyyat

Azərbaycanlı milyarderin qardaşı oğlu “KamAz”la “avtoş”luq etdi - - VİDEO

Onun idarə etdiyi yük maşını saatda 160 kilometr sürətlə hərəkət edən minik avtomobilini ötüb keçib.

Sank-Peterburqda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri, milyarder Vaqif Məmişovin qardaşı oğlunun “avtoş”luq etdiyi video görüntü internetdə yayılıb.

Həmin görüntüləri rusiyalı blogger paylaşıb.

Videoda avtomobil həvəskarı olaraq tanınan 25 yaşlı İlkin Məmişovun Piterdə yüksək sürətlə “KamAz” markalı yarış maşınını sürdüyü əks olunub. Belə ki, onun idarə etdiyi yük maşını saatda 160 kilometr sürətlə hərəkət edən minik avtomobilini ötüb keçib.

Qeyd edilir ki, 501 nömrəli həmin yük maşını bütün dünyada tanınır. Avtomobil 2010-cu ildə Cənubi Amerikada keçirilən ralli yarışında qalib gəlib. Lakin yük maşını rəsmi olaraq Şəlalə Xəlilova adlı azərbaycanlı evdar qadının adına göstərilir.

Rusiya mediası milyarder qohumunun həmin avtomobili 4,8 milyon rubla aldığını yazır.

Tez-tez qaydaları pozan Məmişovun ümumilikdə 13 949 rubl cəriməsi var. Son video görüntülərdən sonra isə Məmişovun ölkədən çıxmasının məhdudlaşdırılması və sürücülük vəsiqəsinin əlindən alınması üçün məhkəməyə müraciət edilib.

İlkinin əmisi Vaqif Məmişov isə açıqlama verərək etdiyi hərəkətə görə onu sərt danladıqlarını deyib: “Hər kəs açıq şəkildə dərk etməlidir ki, yol hərəkəti qaydaları hamı üçün qanundur”.

(qafqazinfo)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm