• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dayanacaqlar pasportlaşdırılır

Dayanacaqlar pasportlaşdırılır

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə başlayıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın Publika.az-a verdiyi məlumata görə, məqsəd taksi fəaliyyəti ilə məşğul olan sürücülərə onların hüquq və vəzifələri barədə məlumatların verilməsidir.

Bu çərçivədə ilk tədbir “Koroğlu” metrostansiyası ətrafında keçirilib.

Onun sözlərinə görə, BNA müfəttişləri Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə bu ərazidə taksi fəaliyyəti ilə məşğul olan sürücülərə hüquq və vəzifələrini, eləcə də qanunvericiliyin tələblərini izah ediblər.

“Hazırda paytaxt yollarında taksilərlə bağlı müşahidə olunan ən narahatedici məqam onların dayanma və durma qaydalarını pozaraq nəzərdə tutulmayan yerlərdə, xüsusən də avtobus dayanacaqlarında park etmələridir. Bu hal isə küçə və prospektlərdə digər hərəkət iştirakçılarına mane olmaqla avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasına səbəb olur.

Məsələnin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə ilk olaraq Bakıda taksi dayanacaqlarının pasportlaşdırlımasına başlanılıb. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib”.

N.Allahyarova bildirib ki, tədbirlər 1 ay müddətində davam edəcək. Təkcə metrostansiyalar deyil, taksilərin sıxlıq təşkil etdiyi bütün ərazilərdə tədbirlər həyata keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR