Xanım jurnalistə vəzifə verildi
Bizi izləyin

Nəqliyyat

Xanım jurnalistə vəzifə verildi

Dəmir Yollarında yeni şöbə yaradıldı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb.

Bu barədə Publika.az-a QSC-nin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

O bildirib ki, yeni yaradılmış şöbəyə jurnalist Sevinc Qədirova müdir təyin edilib.

“Mətbuat xidməti də həmin şöbənin nəzdində fəaliyyətini davam etdirəcək. Sadəcə şöbənin fəaliyyəti genişləndirilib. Mətbuat xidməti bundan sonra da Kütləvi İnformasiya vasitələrini məlumatla təmin edəcək”, - deyə N.Əzməmmədov bildirib.

Qeyd edək ki, S.Qədirova "Azercell"-in əməkdaşı olub. Belə ki, "Azercell"-in abonentlərinin eşitdiyi “Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” cümləsini Sara Qədirova səsləndirir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm