Taksilərlə bağlı QADAĞA
Bizi izləyin

Nəqliyyat

Taksilərlə bağlı QADAĞA

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Azərbaycanda taksilərə onlara ayrılan duracaq yerlərindən kənarda sifariş qəbul etmələri qadağan edilir və bununla bağlı cəza müəyyənləşdirilir.

Publika.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

İclasda İnzibati Xətalar Məcəlləsinə əlavələr məsələsinə də baxılıb. Məcəlləyə əlavə edilən 322.0.8 maddəsinə görə, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir və buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm