“Əlil” nişanından yalandan istifadə edən sürücülər cərimələnəcək
Bizi izləyin

Nəqliyyat

“Əlil” nişanından yalandan istifadə edən sürücülər cərimələnəcək

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Azərbaycanda avtomobilləri park etmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı “əlil” nişanından yalandan istifadəyə görə cəzalar tətbiq edilir.

Publika.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Məcəlləyə əlavə edilməsi təklfi edilən 342.1.11 maddəsinə görə, “əlil” tanınma nişanından qanunsuz istifadə edilməsinə görə, 40 manat məbləğində cərimə tətbiq olunacaq.

Əlavə edilən digər 346-1.1 və 346-1.2 maddəsinə görə isə nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, bundan başqa nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parkalnmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəlləyə əlavə edilən digər 346-1.3 maddəsinə görə, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 10 manat cərimə tətbiq olunur.

Əlavə edilən başqa 346.1-4 maddəsinə görə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə tətbiq olunacaq.

Əlavə edilən 346-1.5 maddəsinə görə isə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə isə 20 manat məbləğində cərimə tətbiq edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm