Yağıntılar bu yolu çökürtdü
Bizi izləyin

Nəqliyyat

Yağıntılar bu yolu çökürtdü

Avtomobil yolunun bir hissəsində çökmə baş verib.

Şamaxı-Qızmeydan avtomobil yolunun bir hissəsində çökmə baş verib.

Publika.az xəbər verir ki, yağıntılar səbəbində baş verən uçqun nəticəsində yolun bir hissəsi çöküb.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, yolda baş verən çökmə nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində problem yaranmayıb: “Həmin yol sürüşmə zonasında yerləşir. Hazırda "Azəravtoyol" ASC hadisə yerinə texnika və işçi qüvvəsi cəlb edib. Ərazidə sürüşmənin fəsadları aradan qaldırılır. Çökmə yolun yalnız müəyyən bir hissəsində baş verib. Bu da avtonəqliyyat vasitələrinin hərəkətində problem yaratmayıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm