Sabah metronun bu stansiyası bağlanacaq - SƏBƏB
Bizi izləyin

Nəqliyyat

Sabah metronun bu stansiyası bağlanacaq - SƏBƏB

Sabah metronun bu stansiyası bağlanacaq

Sabahdan "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu təmir-bərpa işlərinin aparılması ilə əlaqədar qısamüdətli bağlanacaq.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, təmir-bərpa işlərinin təxminən 2 həftə davam etməsi planlaşdırılır.

"Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər. "Bakı Metropoliteni" QSC yaranacaq narahatlığa görə sərnişinlərdən üzr istəyir”, - deyə N.Paşayev bildirib.
Qeyd edək ki, 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də 2-ci yola aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm