Nəqliyyat
20 qəpiyə görə sürücü işdən qovuldu - FOTO
88 nömrəli marşrutun sürücüsü işdən azad edilib.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumatda bildirilib ki, buna səbəb nağdsız ödəniş sisteminin tətbiq olunmasına baxmayaraq, bu marşrut üzrə hərəkət edən 10 TH 401 dövlət nömrə nişanlı avtobusun sürücüsü gediş haqqını sərnişinlərdən nağd şəkildə qəbul edib.
“İstifadəçimizdən daxil olan şikayət və videofakt tərəfimizdən araşdırılmış və BNA-nın iradı əsasında daşıyıcı şirkət tərəfindən sürücü E.İsmayılov işdən azad edilib. Həmçinin, daşıyıcı şirkət tərəfindən əmək kollektivi ilə toplantı keçirilmiş, sürücülər sərnişindaşıma qaydalarına riayət edilməsi barədə təlimatlandırılıblar.
Qoyulmuş qaydalara əməl etmək ümumi məsuliyyətdir. Sürücü, sərnişin, daşıyıcı şirkət eyni qaydada öhdəlik daşıyır. BNA olaraq, bu kimi hallarla bağlı iradlarınızı, təklif və şikayətlərinizi səhifəmizdə və ALO141 - Nəqliyyatın Ümumi Çağrı Mərkəzində qəbul edirik”.
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama