Yollardakı SON VƏZİYYƏT
Bizi izləyin

Nəqliyyat

Yollardakı SON VƏZİYYƏT

Bakı-Şamaxı-Yevlax avtomobil yolundakı Ağsu dolaylarına da qar yağıb.

Hazırda respublikanın bir sıra yolları buz bağlayıb. Bu da yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Bu barədə Publika.az-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Bakı-Sumqayıt-Quba-Rusiya sərhəddi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarının bəzi hissəsləri, Bakı-Sumqayıt-Quba-Rusiya sərhəddi yolunun Gəndob kəndi yaxınlığında, Ceyranbatan ərazisindəki gölün yaxınlığındakı hissə buz bağlayıb: "Bakı-Şamaxı yolunun da bəzi hissələrində buzlaşma müşahidə edilir. Digər yollar isə açıqdır, hələlik buzlaşma qeydə alınmayıb. Ağsu dolaylarına da qar yağıb, amma hələlik həmin yolda buzlaşma qeydə alınmayıb. Qalan yollar isə avtomobillərin hərəkəti üçün açıqdır”.

K.Əliyev onu da bildirib ki, buz bağlamış yollarda hərəkət edən sürücülər diqqətli olmalıdır: “Sürücülər yolardakı körpülərin üstündə ehtiyatlı olmalı, əyləcdən istifadə etməməlidirlər. Çünki yollar açıq olsa da, körpülərin üstündə buzlaşma olur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm