Bu marşrut avtobusunun hərəkət istiqaməti dəyişir
Bizi izləyin

Nəqliyyat

Bu marşrut avtobusunun hərəkət istiqaməti dəyişir

Hərəkətində dəyişiklik edilib.

Yanvarın 16-dan 37 saylı marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, buna səbəb Nəriman Nərimanov prospektində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılması və 37 saylı marşrut xəttinin həmin prospektdə hərəkət etməsidir.

Belə ki, təmirdən əvvəl Nərman Nərimanov prospekti ilə hərəkət edən 37 nömrəli marşrut xətt avtobusları təmir işləri yekunlaşana qədər müvəqqəti olaraq İnşaatçılar prospekti - Landau küçəsi- Hüseyn Cavid prospekti -Landau küçəsi - Qurban Xəlilov küçəsi ilə keçməklə hərəkət edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm