Sürücülərin nəzərinə: ""Beşmərtəbə"dəki yeni yol zolağı artıq daimi oldu"
Bizi izləyin

Nəqliyyat

Sürücülərin nəzərinə: ""Beşmərtəbə"dəki yeni yol zolağı artıq daimi oldu"

"Beşmərtəbə" dairəsinə "Azərbaycan" prospekti ilə yaxınlaşarkən sonuncu edilən dəyişiklik qüvvəsində qalıb:

Yasamal rayonunda "Beşmərtəbə" adlanan dairədən Azərbaycan prospekti ilə avtomobillərin hərəkəti üçün yeni yaradılmış zolaq bir neçə gün keçirilən xronometraj nəticəsində daimi istifadəyə verilib.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, "Beşmərtəbə" dairəsinə Azərbaycan prospekti ilə yaxınlaşarkən sonuncu edilən dəyişiklik qüvvəsində qalıb:

"Həmin ərazidə təhlükəsizliyin təmin edilməsi, eyni zamanda keçmə növbəliyini təmin etmək, həmçinin yol qəzalarının qarşısını almaq və süni sıxlığın aradan qaldırılması üçün "Qoşa Qala" qapısından, Sabir adına bağdan, Daxili İşlər Nazirliyinin inzibati binası yanından və Mərkəzi Univermaq tərəfdən Azərbaycan prospekti ilə yaxınlaşan avtomobil sürücüləri üçün kütləvi hərəkətə yaxınlaşarkən 5 zolaq ayrıldı".

V.Əsədov vurğulayıb ki, əvvəl "Beşmərtəbə" dairəsində nişan qoyulmuşdu, 3 hərəkət zolağı olduğu üçün sıxlıq yaşanırdı:

"İndi nişanlar götürüldü, avtomobil dairəvi hərəkətə daxil olarkən mütləq dairəvi hərəkətdə olan nəqliyyat vasitələrini buraxmalıdır. Burada əsasən günün pik saatlarında süni sıxlıq yaşanırdı. Yəni səhərlər Azərbaycan prospektindən "Beşmərtəbə" dairəsi kimi tanınan əraziyə, günün qaranlıq vaxtlarında isə Nizami metrostansiyası tərəfdən Cəfər Cabbarlı küçəsi ilə gələn avtomobillərin hərəkətində problem yaşanırdı. "Beşmərtəbə" dairəsi kimi tanınan ərazidəki təhlükəsizlik zolağından iki hərəkət zolağı Azərbaycan prospekti ilə hərəkət edən sürücülər üçün ayrıldı və bu ayrılmış zolaq üzrə dairəvi şəkildə istifadə edənlər sərbəst və fasiləsiz hərəkət edə biləcəklər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm