Cavid Qurbanov: "Kişini çox incitməyin"
Bizi izləyin

Nəqliyyat

Cavid Qurbanov: "Kişini çox incitməyin"

"AZAL aviabilet bazarını manapoliyada saxlayır".

Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il yaz sesiyası ilə bağlı Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkilləri Vahid Əhmədov və İlham Əliyev “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin qiymət siyasətini sərt şəkildə tənqid edib.

Publika.az xəbər verir ki, onlar mütəmadi olaraq AZAL-ın fəaliyyətindən şikayətlər edildiyini bildiriblər.

Deputat V.Əhmədov deyib ki, AZAL aviabilet bazarını manapoliyada saxlayır:

“Bir çox insanlar, o cümlədən mən AZAL-ın fəaliyyətindən ciddi narazıyıq”.

Deputat İlham Əliyev də AZAL-ın fəaliyyətindən narazı qaldığını söyləyib:

“Bu yaxınlarda tanışlarımdan biri xaricə gedirdi, AZAL-dan “econom-klass” biletini 660 manata almışdı. Özü ilə iki ədəd çamadan da aparırdı. Ancaq hava limanında onun çamadanının birini aldılar, digərinə isə 50 dollar əlavə pul istədilər. Axı bütün bunlar nə deməkdir? Belə də özbaşınalıq olar? Bunlar hamısı inhisarçılıqdan irəli gəlir. Bunlara son qoyulmalıdır”.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, Milli Məclisinin deputatı Cavid Qurbanov isə AZAL-a qarşı səsləndirilən tənqidləri qəbul etmədiyini söyləyib.

C.Qurbanov deyib ki, indi Azərbaycanın gözəl hava limanı var:

“Hesab edirəm ki, AZAL-ın fəaliyyəti o qədər də pis deyil. Ola bilər ki, qiymətlərdə müəyyən çətinliklər var. Biz istəyirik ki, İsveçə tez çataq. Amma o dövlətlərin tarixi qədimdir. Biz yavaş-yavaş onlara çatacağıq. Ona görə də kişini (Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov nəzərdə tutulur – müəllif) çox incitməyək”.

Qeyd edək ki, iclasda Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov da iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm