Ötən il Bakıda 69 avtoxuliqan saxlanılıb
Bizi izləyin

Nəqliyyat

Ötən il Bakıda 69 avtoxuliqan saxlanılıb

Ötən il Bakıda 69 avtoxuliqan saxlanılıb.

Ötən il yol hərəkətinə nəzarət prosesində 11,6 faiz az və ya 775 min, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 576 min 380, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 8290, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 4269 inzibati xəta aşkarlanıb. Habelə 69 avtoxuliqan barəsində qanunauyğun tədbirlər görülüb.

Publika.az xəbər verir ki, bunu yanvarın 19-da Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov deyib.

İdarə rəisi bildirib ki, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi il ərzində ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 39 min 674 ərizə və müraciət daxil olub, 1805 vətəndaş qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm