Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi
Bizi izləyin

Nəqliyyat

Bakıda 5 marşrutun dayanacağı dəyişdirildi

Avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilib.

Bakıda daha 5 marşrut xəttinin dayanacağı dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, yanvarın 24-dən etibarən Dəmir Yolu Vağzalının yanındakı meydan və yol asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar, Azadlıq prospektindən (C.Cabbarlının heykəli) Dilarə Əliyeva küçəsi ilə kəsişməyədək olan ərazi təmirə bağlanıb. Bununla əlaqədar, müntəzəm sərnişindaşıma ilə məşğlul olan bir sıra marşrut xətlərinin hərəkət istiqamətlərinə müvəqqəti dəyişiklik edilib.

Belə ki, edilmiş müvəqqəti dəyişikliyə əsasən, 8, 14, 1, 5, H1 (Exspress xətt) üzrə hərəkət edən avtobusların son dayanacağı kimi metronun "28 May" stansiyasının qarşısı deyil, Səməd Vurğun bağının qarşısı müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm