Respublika yollarındakı vəziyyət AÇIQLANDI
Bizi izləyin

Nəqliyyat

Respublika yollarındakı vəziyyət AÇIQLANDI

Dağlıq və dağətəyi bölgələrdə hərəkət edən sürücülərin avtomobilləri qış rejiminə hazır olmalıdır.

"Hazırda respublikanın avtomobil yollarında nəqliyyatın hərəkəti üçün problem müşahidə edilmir. Yalnız Şəmkir-Gədəbəy, Gəncə,Daşkəsən yollarında müəyyən qədər buzlaşma var".

Bunu Publika.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

K.Əliyev onu da bildirib ki, yollarda problem müşahidə edilməsə də, sürücülər qarın yağmasını nəzərə alaraq diqqətli olmalıdır:

“Düzdür, aidiyyəti qurumlar yolları qardan təmizləyir. Lakin eyni vaxtda 30-40 km məsafəni təmizləmək mümkün deyil. Əsasən, enişli-yoxuşluyollarda buzlaşmanın olmaması üçün işlər görülür. Digər yollarda qarın yağması səbəbindən hərəkətdə problemlər yaşana bilər. Ona görə də dağlıq və dağətəyi bölgələrdə hərəkət edən sürücülərin avtomobilləri qış rejiminə hazır olmalıdır. Bəzən 20-30 ilin sürücüləri belə bu havada çətinlik yaşaya bilir. Bəzən təcrübəsiz sürücülər qarlı havada fərdi avtomobillərindən istifadə etməklə həm özlərini çətin vəziyyətə qoyur, həm də nəqliyyatın hərəkətinə mane olurlar.

Bir daha bildiririk ki, mümkün qədər ictimai nəqliyyatdanvə xüsusən metrodan istifadə etsinlər. Təəssüf ki, hər dəfə qar yağmamışdan əvvəl yol polisi xəbərdarlıq etsə də, sürücülər buna əhəmiyyət vermir, özlərinə güvənərək yola çıxır, nəticədə problemlər yaşayırlar. Bir daha xatırladırıq ki, nəqliyyatın intensiv olduğu yollar açıq olsa da, məhəllədaxili yollarda sürücülər buzlaşmanı nəzərə alsınlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm