Nazirlik: Faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərib
Bizi izləyin

Nəqliyyat

Nazirlik: Faciəyə səbəb olan mikroavtobus qanunsuz fəaliyyət göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib: "Faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm