• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50% azaldır

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50% azaldır

Azərbaycan, İran və Rusiya dəmir yolu tariflərini 50% azaltmaqla bağlı razılığa gəliblər.

Məqsəd "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi ilə yüklərin daşınmasını artırmaqdır.

"İran Dəmir Yolları" şirkətinin sədr müavini Hüseyin Aşuri bildirib ki, qərar Moskvada 3 ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qəbul edilib. Görüşdə həmçinin, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan ərazisindən yüklərin daşınması prosesinin təşkili, eləcə də Astarada İranın sərhəd terminalının tranzit imkanlarının inkişafı müzakirə edilib.

H.Aşuri qeyd edib ki, yeni dəhliz Finlandiya, Estoniya, Latviya və Belarusun marşruta qoşulması ilə daha geniş şəkildə fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya, İran və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi haqqında" Sazişə qoşulub.

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. (trend)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>