Nəqliyyat
Azərbaycan yeni teplovozlar aldı
Qazaxıstanın "Lokomotiv kurastıru zauıtı" şirkəti Azərbaycana "Evolution" seriyalı teplovozlar tədarük edib.
Trend-in məlumatına görə, artıq Azərbaycanın dəmir yollarında Qazaxıstan istehsalı olan 10 teplovoz hərəkət edir.
Məlumatda qeyd olunur ki, bu tip lokomotivlər Azərbaycandan başqa, Qırğızıstan, Türkmənistan, Tacikistan və Ukraynaya da tədarük olunub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin məlumatına əsasən, "Şimal-Cənub" marşrutu ilə yük daşımalarının artacağı təqdirdə Azərbaycan Qazaxıstandan əlavə teplovozlar əldə edə bilər. Bundan başqa, Azərbaycanın Qazaxıstandan elektrovozlar əldə etməsi barədə razılaşma da mövcuddur.
TE33A "Evalution" tipli bu teplovozlar müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilmiş, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır.
Qeyd edək ki, bu teplovozların birincisi 3 avqust 2015-ci ildə Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...