43 mindən çox "Skoda" geri çağırıldı - NASAZLIQ
Bizi izləyin

Nəqliyyat

43 mindən çox "Skoda" geri çağırıldı - NASAZLIQ

Avtomobil sahibləri üçün təmir işləri ödənişsiz şəkildə həyata keçiriləcək.

"Folksvagen Qrup Rus" şirkəti Rusiyada istehsal olunmuş 43 mindən çox "Skoda" markalı avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, geri çağırılan avtomobillər 2012-2016-cı illərdə istehsal olunan modellərdir. Bu addıma səbəb avtomobillərin hidrosistemində yüksək təzyiqlə əlaqədar akkumulyatorun mümkün zədələnməsi göstərilib. Geri çağırılmış avtomobillərdə ötürmələr qutusunun proqram təminatının yenilənəcəyi bildirilib.

Avtomobil sahibləri üçün təmir işləri ödənişsiz şəkildə həyata keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm