Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq
Bizi izləyin

Nəqliyyat

Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Novruz bayramı ərəfəsində

«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

Publika.az xəbər verir ki, sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək.

Qeyd olunur ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm