40 manat cərimələnmək istəmirsizsə, BUNU ETMƏYİN! - FOTO
Bizi izləyin

Nəqliyyat

40 manat cərimələnmək istəmirsizsə, BUNU ETMƏYİN! - FOTO

Xüsusi hərəkət zolaqlarından biri istifadəyə verilib.

Bakıda avtobuslar üçün çəkilən xüsusi hərəkət zolaqlarından biri istifadəyə verilib.

Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, artıq sərnişin avtobusları xüsusi hərəkət zolaqlarında rahat şəkildə istifadə edirlər.

“Sərnişin avtobuslar Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətinə olan hissəsində xüsusi hərəkət zolaqlarından istifadə edə bilərlər”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlk olaraq Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.Bu zolaqlar 3 və daha artıq zolaq olan yollarda tətbiq ediləcək.

Bu zolaqlara daxil olan digər nəqliyyat vasitələri sahibləri isə 40 manat cərimə ediləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm