Müəllimlərin binasındakı yanğın söndürüldü (YENİLƏNDİ) - - FOTO/VİDEO
Bizi izləyin

Nəqliyyat

Müəllimlərin binasındakı yanğın söndürüldü (YENİLƏNDİ) - - FOTO/VİDEO

Canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

"Report"un məlumatına görə, yanğın binanın sonuncu mərtəbəsində baş verib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, yanğın baş vermiş binada Bakı Dövlət Universitetinin (BDU) müəllimləri yaşayır.

***

Bakıda yanğın baş verən bina Bakı Dövlət Universitetinin müəllimlərinin yaşadığı binadır.

APA-nın məlumatına görə, yanğın Yeni Yasamal 2 Yaşayış Massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində baş verib.

Hazırda yanğınsöndürənlər yanğını söndürməyə çalışırlar.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.

Publika.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

Oxumağa davam et
Reklam
Reklam

Gündəm