"Bu yola girmisənsə, mütləq təmirə getməlisən" - - FOTO/VİDEO
Bizi izləyin

Nəqliyyat

"Bu yola girmisənsə, mütləq təmirə getməlisən" - - FOTO/VİDEO

Yolun təmirinə nə zaman başlanacağı dəqiq bəlli deyil.

Yevlax-Zaqatala -Gürcüstan magistralı keçilməz labirinti xatırladır.

Publika.az xəbər verir ki, ötən əsrin 70-ci illərindən bəri təmir görməyən bu yol sürücülər üçün əsl kabusa çevrilib.

Faiq Mustafayev - Sürücü: "Bu yola girmisənsə, mütləq təmirə getməlisən. Gedib gəlmək olmur. Əziyyət çəkirik. Hər yeri yamaqdır".

Əvvəllər bu yolda avtomobil əlindən hərəkət etmək mümkünsüz idi. Ancaq son zamanlar yol o qədər dağılıb ki, çox məcbur olmayanlar bu magistraldan istifadə etmir. İstifadə edənlər də 1 saatlıq yolu 3 saata başa vura bilir.

Əslində magistral yolda mütəmadi olaraq cari təmir işləri aparılır. Bu isə ancaq yoldakı çalaları örtməyə yarayır. Yol istismar müddətini başa vurduğu üçün çökmələr yaranır.

Azəravtoyol ASC-dən verilən məlumata görə isə artıq magistral yolun yenidən qurulması istiqamətində işlərə başlanılıb.

Yenidənqurma işlərinin aparılması üçün hazırlanan layihənin üzərindən 8 il keçdiyi üçün dəyişiklər edilməsi də nəzərdə tutulur. Yolun təmirinə nə zaman başlanacağı isə dəqiq bəlli deyil. (ARB Şəki)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm