Bu küçədə hərəkət məhdudlaşdırılır
Bizi izləyin

Nəqliyyat

Bu küçədə hərəkət məhdudlaşdırılır

Paytaxtın Yasamal rayonunda avtomobil yolunda hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində müvafiq işlər aparılır.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm