Bu iki prospektdə diqqətli olun!
Bizi izləyin

Nəqliyyat

Bu iki prospektdə diqqətli olun!

Sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Bu axşam 22:00-dan etibarən Yasamal rayonu İnşaatçılar və Tbilisi prospektində rəngləmə işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, işlər Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi çərçivəsində həyata keçiriləcək.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm