Bakı metrosunda qatar tuneldə qaldı - NASAZLIQ
Bizi izləyin

Nəqliyyat

Bakı metrosunda qatar tuneldə qaldı - NASAZLIQ

Hadisə ilə əlaqədar metronun ümumi xətlərində gecikmələr var.

Aprelin 24-də saat 20:25 radələrində Bakı Metropoliteninin “Dərnəgül”-“Həzi Aslanov” xətti ilə 27 saylı marşrut üzrə hərəkət edən qatar texniki nasazlıq səbəbindən “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyaları arasındakı tuneldə dayanmaq məcburiyyətində qalıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, qatar təxminən doqquz dəqiqə ərzində tuneldə qalıb.

Texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.

Hadisə ilə əlaqədar metronun ümumi xətlərində gecikmələr var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm