Piyada zolağı ilə bağlı MÜHÜM DƏYİŞİKLİK
Bizi izləyin

Nəqliyyat

Piyada zolağı ilə bağlı MÜHÜM DƏYİŞİKLİK

İnzibati Xətalar Məcəlləsinə piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib.

İnzibati Xətalar Məcəlləsinə piyadalara yol verilməməsi ilə bağlı dəyişikliklər edilib.

Belə ki, daha sürücülər piyadaya piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət surətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Sputnik-ə açıqlamasında bildirib ki, istənilən halda sürücü piyadaya piyada keçidində yol verməlidir. Sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır: "Əgər piyada piyada zolağına yeni ayaq basıbsa, sürücü ikinci zolaqla hərəkət edirsə, o dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan sürücü piyadaya mane olmamaq şərtilə yolu ilə hərəkət edə bilər. Və yaxud şəhərdə çox zolaqlı yollar var. Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir".

K. Əliyev bildirir ki, əvvəllər qanunda göstərilirdi ki, piyada ayağını piyada zolağına qoyan kimi avtomobillər dayanıb, ona yol verməlidir. Sürücü ilə piyada arasında 10-15 metr məsafə varsa, piyadanı gözləmək vaxt itkisidir. Sürücü piyada ilə məsafəni nəzərə alıb hərəkətinə davam etməlidir: "Əgər sürücü piyadanın yaxınlığında olduğunu və hərəkətinin piyadanın həyatı üçün təhlükə olduğunu görürsə, sürücünün hərəkəti piyadanın hərəkətinə mane və yaxud istiqamətini dəyişməsinə səbəb olursa, sürücü dayanıb piyadaya yol verməlidir".

Hüquqşünas Fərid Həmidlinin sözlərinə görə, inzibati Xətalar Məcəlləsinin 330-cu maddəsinə görə, nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya və yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə 50 manat məbləğində cərimə var: "Sonradan maddəyə dəyişiklik edildi və "piyadaya yol verilməməsi" fikri izah edildi. Belə ki, piyadaya "yol verilməməsi" dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür".

"Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlının sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində piyadaya yol verməklə bağlı qanunverciliyə dəyşiklik edildi və ora qeyd bölməsi əlavə edildi: "Əgər nəqliyyat vasitəsi piyadanın hərəkət surətini və istiqamətini dəyişməyə məcbur edirsə, bu zaman qanunu pozmuş olur. Tutaq ki, sürücü 3 zolaqlı yolla hərəkət edir və piyada keçidinə çatmasına az qalıb və bu zaman piyada keçidinə piyada ayağını qoyur. Sürücü həmin vəziyyətdə qəfil əyləci basmaqla qəzaya səbəb ola bilər. Belə vəziyyətdə hərəkətdə olan avtomobil piyadanın hərəkət surətinə, istiqamətinin dəyişməsinə təsir edə bilməz. Və bu qayda pozuntusu deyil. Əgər piyada yolu qaça-qaça keçirsə, yenə qayda pozuntusu piyada tərəfindən edilir. Çünki qanunda da qeyd edilib ki, "qaçaraq yol keçmək olmaz. Piyada yola daxil olur və sürücü də keçmək üçün ona yol verir. Sürücülər də bəzən bu qaydaları bilmirlər. Bəzən olur ki, məktəb uşaq aparan qadınlar səkinin yanında dayanıb söhbət edirlər. Bəzən naşı sürücülər yolun ortasında saxlayıb, onlara siqnal verir, əl edir ki, "gəlin keçin". E. Muradlı bildirir ki, yollarda qəzalara səbəb olmamaq üçün sürücülər piyadaların hərəkəti ilə öz hərəkətlərini tənzimləməyi bacarmalıdırlar: "Sürücü düşünməlidir ki, mən indi keçsəm piyadaya mane oluram, yoxsa olmuram. Piyadalar da vicdanla hərəkət etsələr daha yaxşı olar. Çalışmalıdırlar ki, onlar da sürücüləri zərərə salmasınlar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm