Avtobuslarda ilk
Bizi izləyin

Nəqliyyat

Avtobuslarda ilk

Eyniləşdirmə kodları tətbiq edilir.

İctimai nəqliyyatda ilk dəfə avtobuslara dair müəyyən edilən əsas tələblərdən olan eyniləşdirmə kodları tətbiq edilir.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, 5 rəqəmdən ibarət eyniləşdirmə nörməsinin ilk iki rəqəmi avtobusun hansı daşıyıcıya aid olduğunu bildirir. Eyniləşdirmə nömrələrinin verilməsi paytaxtın marşrut şəbəkəsində istifadə edilən nəqliyyat vasitələri barədə zəruri məlumatların toplandığı Vahid Bazasının Formalaşdırılması baxımından da əhəmiyyətlidir. Tələblərə əsasən, eyniləşdirmə nömrəsi avtobusun xaricində sağ, sol, ön və arxa tərəflərinə, eyni zamanda nəqliyyat vasitəsinin salonunda sərnişinlərin aydın görə biləcəyi yerdə vurulmalıdır. Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, artıq eyniləşdirilmə nömrələrinin avtobuslara vurulması prosesinə başlanılıb. Gələcəkdə bu nömrələrin avtobusların damına da vurulması təmin ediləcək.

Eyniləşdirmə nörmələrinin məhz bu formada avtobusun daxili və xarici tərtibatında yer alması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, avtobusla bağlı hər hansı bir müraciəti və ya şikayəti olan sərnişinlərimizin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını bildirməsinə ehtiyac qalmayacaq.

Məlumat üçün bildirək ki, qeyd edilənlərlə yanaşı sərnişin avtobusların xaricinə və salonuna nəqliyyat vasitəsinin fəaliyyət göstərdiyi marşrut xəttinin nömrəsi, keçdiyi dayanacaq mənətəqlərinin ardıcıllığı, gediş haqqının məbləği ilə bağlı məlumatlandırıcı, eləcə də ictimai nəqliyyatdan istifadə qaydaları ilə bağlı maarifləndirici löhvələr də vurulub.

Bakı Nəqliyyat Agentliyinin “ALO 141” Çağrı Mərkəzinin yaxın vaxtlarda internet portalı da istifadəyə veriləcək. İstifadəçilər portala daxil olmaqla, paytaxt yollarındakı vəziyyət, marşrutların hərəkət qrafiki və trayektoriyası, dayanacaqlar, eləcə də paytaxtın nəqliyyat sistemi ilə bağlı digər məlumatlarla tanış ola biləcəklər.

Bakı Nəqliyyat Agentliyindən o da bildirilib ki, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşımalarda istifadə edilən avtobuslara, taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişin daşımalarını həyata keçirən daşıyıcılara, sərnişindaşımaya aid infrastruktura dair tələblər hazırlanıb. Yaxın vaxtlarda bu tələblərlə bağlı ictimaiyyətə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm