Bakıda bu marşrut xətlərinin istiqaməti dəyişdirilir - (YENİLƏNİR)
Bizi izləyin

Nəqliyyat

Bakıda bu marşrut xətlərinin istiqaməti dəyişdirilir - (YENİLƏNİR)

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü Bakı Nəqliyyat Agentliyi (BNA) 430 avtobus ayıracaq.

Publika.az xəbər verir ki, BNA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, açılış mərasimində 350 avtobus fəaliyyət göstərib.

Onun sözlərinə görə, bütün avtobuslarda CPS sistemi quraşdırılıb.

O qeyd edib ki, açılış mərasimi günü sürücülər əvvəlcədən tibbi müayinədən keçirilib. 4 sürücüdə yüksək təzyiq olduğu, 1 sürücü isə sürət həddini aşdığı üçün sükan arxasından uzaqlaşdırılıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcədən tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə avtobuslar izləniləcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq.

Sektor müdiri bildirib ki, bağlanış mərasimi günü 6, 8, 33, 52, 88 və 202 saylı və metronun "Koroğlu" stansiyasına gələn 29 marşrut xətlərinin istiqaməti dəyişəcək və həmin marşrut avtobuslarının hərəkəti üçün seçilmiş alternativ yollar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm