Bakıda "dik"lə avtobusa minən sərnişin DAVA SALDI: "Ə, işinlə məşğul ol"
Bizi izləyin

Nəqliyyat

Bakıda "dik"lə avtobusa minən sərnişin DAVA SALDI: "Ə, işinlə məşğul ol"

Bakıda Əhmədli metrosunun yaxınlığında avtobus sürücüsü ilə sərnişin arasında mübahisə düşüb.

Videodan göründüyü kimi, 62 nömrəli avtobusda sərnişinlə sürücü arasında gərginlik yaşanıb.

Mübahisəyə səbəb sərnişinin avtobusa "dik"lə daxil olmaq istəyi olub. Sürücü sərnişinə etiraz edib və tikinti materialını dərhal aşağı salmasını tələb edib.

Sonda sərnişin sürücü haqqında polisə şikayət edib və hadisə yerinə PPX əməkdaşları gəlib.

Bundan sonra iki tərəf arasında mübahisəyə son qoyulub.

(BAKU.WS)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm