"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ - - FOTO
Bizi izləyin

Nəqliyyat

"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ - - FOTO

Mövcud dairə artıq ləğv edilib.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairə artıq ləğv edilib.

Azəravtoyol ASC-dən Publika.az-a verilən məlumata görə, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti dairədə tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamətlər üzrə yönəldilib.

Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti Şıxəli Qurbanov küçəsindən dairəyə çatmamış sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, ordan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldilib. Azərbaycan prospektindən gələn avtonəqliyyat vasitələri də layihə üzrə nəzərdə tutulmuş yeni hərəkət sxemi ilə hərəkət edirlər.

Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azərbaycan prospektinin Çingiz Mustafayev küçəsi ilə kəsişməsindən Füzuli meydanına qədər olan hissəsində hərəkət tam olaraq məhdudlaşdırılacaq.

Məhdudlaşdırma 1 gün tətbiq ediləcək.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm