“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır
Bizi izləyin

Nəqliyyat

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarılır.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a daxil olan məlumata görə, hazırda ərazidə avtobusların rahat giriş-çıxışı, eləcə də sərnişinlərin təhlükəsiz hərəkəti üçün zəruri işlər görülür.

Prosesin yaxın bir həftəyə yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinə Bakıətrafı kənd və qəsəbələrdən 29 marşrut xətti üzrə avtobuslar daxil olur.

Xatırladaq ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin yeri aprelin 4-də Atletlər Kəndinin nəqliyyat əməliyyatları ilə əlaqədar olaraq dəyişdirilib. Məqsəd İslam Oyunları ərəfəsində və Oyunlar zamanı ətraf kənd və qəsəbələrdən "Koroğlu" metro stansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm