Bu yollarda hərəkət məhdudlaşır
Bizi izləyin

Nəqliyyat

Bu yollarda hərəkət məhdudlaşır

Bu gün axşam saat 22:00-dan etibarən Nəsimi rayonu, Şövkət Səfərəliyeva küçəsindən Üzeyir Hacıbəyov küçəsinin kəsişməsinə kimi üfüqi nişanlanma xətlərinin rənglənmə işləri aparılacaq.

"Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.
Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm