Azərbaycanda Yaponiya arasında MÜHÜM RAZILIQ
Bizi izləyin

Nəqliyyat

Azərbaycanda Yaponiya arasında MÜHÜM RAZILIQ

Bakıda Azərbaycan Respublikası ilə Yaponiyanın mülki aviasiya administrasiyaları arasında danışıqlar keçirilib.

Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ilk dəfə aparılan danışıqların gedişində tərəflər Azərbaycanla Yaponiya arasında müntəzəm reyslərin açılması məsələsini müzakirə ediblər. Nümayəndə heyətləri təyin olunmuş aviaşirkətlərə birbaşa sərnişin və yük reyslərini yerinə yetirmək, həmçinin kodlardan birgə istifadə haqqında müqavilələr bağlamaq hüququnun verilməsi barədə razılıq əldə ediblər.

Dostluq şəraitində keçən görüşdə Azərbaycan Respublikası və Yaponiya aviaşirkətlərinin nümayəndələri də iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm